Binəqədidə uşaq və yeniyetmələri sevindirən tədbir

0
bineqedi-rayonu-resm-sergi

Binəqədi rayonunda “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, AZLİNE Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, Binəqədi rayon sakinləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada qeydiyyatda olan uşaqlar, Binəqədi rayonunda yaşayan şəhid ailələri, rayon ərazisində yaşayan fiziki qüsurlu uşaqlar və sair iştirak edib.

Çıxış edən Anar Zərbiyev uşaqların ölkəmizin gələcəyi olduğunu və görülən bütün işlərin mərkəzində bu düşüncənin dayandığını dedi.

Şəmsi Gülverdiyev ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs etdi.

Natiq son illərdə ölkə başçısı İlham Əliyev və ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi uşaqlarla bağlı bütün sosial layihələrin mərkəzində uşaqların sağlam ətraf mühitdə yaşaması prinsipinin dayandığını dedi.
Tədbirdə uşaqların hazırladığı müxtəlif kompazisiyalar nümayiş etdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin