Binəqədinin fəxri – tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Musa Nağıyev

0
musa-nagiyev-xeyriyyeci-milyoncu

Məşhur neft milyonçusu Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub.

Bineqedi.info bildirir ki, Bibiheybət ərazisində yerləşən ona məxsus olan torpaq sahələrindəki mədənlərdə bir-birinin dalınca vuran neft fantanları onu neft milyonçusu edib. Onun oğlu İsmayıl vaxtsız vəfat etdiyindən İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılıb.

ismailiyye-palace-musa-nagiyev
28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilib.
Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat edib.

Allah rəhmət eləsin.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin