Binəqədidə mənzildən kişi meyiti tapılıb

0
bineqedi-menzil-kiraye

Binəqədidə mənzildə 58 yaşlı kişi meyiti tapılıb.

Bineqedi.info saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Vəliyev Rəcəb İsa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin