Binəqədi sakinləri üçün Müraciət Xidməti – 1646

0
bineqdi-binagadi-sakinlerin-muraciet-xidmeti

Binəqədi Rayon İcra Hakimiyyətində 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti– 1646″ (SMX–1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
Sakinlərin Müraciət Xidmətinin yaradılması dövlət orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir, bu orqanlara müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevik və operativ şəkildə müvafiq dövlət orqanına çatdırmaq imkanı əldə edir. İcra hakimiyyətində SMX–nın fəaliyyəti rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırır, həmçinin mübahisələrin həllində və əhalinin informasiya əldə etməsində bərabərlik və ədalət hisslərinin yaradılmasına səbəb olur. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır.
1646 nömrəsinə edilən hər hansı zənglər xidmət və sakinlərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydiyyata alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdıqda lent yazısını dinləmək mümkündür. Bütün stasionar telefonlardan zənglər ödənişsizdir. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə avtomatik rejimdə, operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və operatorun yönəldici iştirakı müvafiq proqram təminatı vasitəsi ilə aparılır. Vətəndaşlara göstərilən xidmət müqabilində onların sualları cavablandırılır. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilir. Şikayət ərizəsi tərtib olunan zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınır. Şikayət vərəqəsi qəbul edildikdən sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə və icra hakimiyyətinin aidiyyatı şöbəsinə məlumat verilir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanadək nəzarətdə saxlanılır. Vətəndaşla əks-əlaqə yaradılaraq məmnunluq səviyyəsi ölçülür.
Sakinlərin müraciət xidmətində vətəndaşlara göstərilən xidmətlərə, o cümlədən, operatorla vətəndaş arasında aparılan telefon danışıqlarına nəzarət etmək və tənzimləmək məqsədilə sistemdəki xüsusi modul vasitəsilə bu xidmətlər və danışıqlar sistemin yaddaşına yazılır, axrivləşdirilir. Anonim və sair zənglərin qarşısının alınması üçün vətəndaşın nömrəsi avtomatik təyin olunur. Telefon xidməti zamanı daxil olan zənglərin, edilən müraciət və cavabların, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin