Binəqədi səhiyyəsi – tibb müəssisələrinin SİYAHISI

0
zerife-eliyeva-adina-goz-klinikasi

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin sayı çoxdur.

Bineqedi.info xatırladır ki, akademik Z.Əliyeva adına Milii Oftamologiya Mərkəzi, 11 özəl tibb mərkəzi, 3 Təcili Tibbi Yardım Stansiyası və Bakı şəhəri üzrə Səhiyyə İdarəsinin tabeliyində olan 12 tibb müəssisəsi, o cümlədən, 6 şəhər poliklinikası (9, 10, 11, 25, 27,35 nömrəli), 3 uşaq poliklinikası (11, 20, 21 nömrəli) fəaliyyət göstərir.

Bundan başqa, 9 nömrəli Qadın Məsləhətxanası, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilərin Bərpa Mərkəzi, Xocasən Sağlamlıq Mərkəzi,  8 nömrəli Təsərrüfat hesablı stomatoloji poliklinikası, 400 çarpayılıq çox profilli Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 575 çarpayılıq çox profilli Azərbaycan Dövlət Dəmir Yolunun Mərkəzi Dəmiryol Xəstəxanası və Poliklinikası rayon ərazisində yerləşir.

Müalicə-Profilaktika müəssisələrində rayon tibb müəssisələrinin strukturuna uyğun olaraq müxtəlif ixtisas həkimləri funksional diaqnostik kabinetlər və laboratoriyalar fəaliyyət göstərir.

Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksi var. Bunlar 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən “Bakı Tennis Akademiyası”, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi-3 d ünvanında yerləşən “Respublika Stend Atıcılığı İdman Kompleksi”, Biləcəri qəsəbəsi Y.Hüseynov-1 yerləşən “Lokomotiv İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayı”, Biləcəri qəsəbəsi  M.Hüseynzadə -2 yerləşən 1983-cü ildə istifadəyə verilmiş “Lokomotiv İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleksi”, Binəqədi qəsəbəsi II Mədən korpus 93  yerləşən “Binəqədi İdman Sağlamlıq Kompleksi”, “Azəryol” Voleybol Kompleksidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin