BINƏQƏDİ RAYONU üzrə təmizlik və abadlıq işləri davam etdirilir – FOTOLAR

0
bineqedi-temizlik-abadliq

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə təşkil edilmiş “Ümumrayon iməcliyi” çərçivəsində Binəqədi Rayonu üzrə təmizlik işləri görülüb.
Bineqedi.info xəbər verir ki, iməcliklər zamanı təmizlik işləri görülüb, ağacların dibi, yol kənarları quru otlardan təmizlənib, ağacların quru budaqları budanıb, gövdəsi ağardılıb, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilib.

bineqedi-temizlik-abadliq1

İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunur.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə bordyurlar, işıq dirəkləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb, bir sıra yerlərdə hasarlar rənglənib.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

bineqedi-temizlik-abadliq-binagadi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin