Binəqədi Rayon Məşğulluq Mərkəzi

0
bineqedi-rayon-mesgulluq-merkezi
Binəqədi Rayon Məşğulluq Mərkəzinin fəaliyyətinin əsasını iş axtaran və işsiz vətəndaşların qeydiyyatının aparılması, ixtisası və peşəsi olmayan iş axtaranların peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına göndərilməsi, iş axtaran və işsiz vətəndaşlara müvafiq arayışların verilməsi, sosial müdafiəyə daha çox ehtiyacı olan iş axtaranların kvota üzrə iş yerlərinə göndərilməsi, müəssisə və təşkilatlardan təqdim olunmuş boş iş yerləri (vakansiyalar) haqqında məlumatların toplanması və iş axtaran vətəndaşlara təklif olunmasıdır.
Eyni zamanda, Binəqədi Rayon Məşğulluq Mərkəzi ixtisasına uyğun münasib iş olmadıqda iş axtaranlara işsizlik müavinətinin verilməsi, iş axtaran vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə əmək yarmarkalarının keçirilməsi təşkil edir.
Müəssisə 1991-ci ildə yaranıb, işçilərin sayı 22 nəfərdir.
Ünvan: Dərnəgül yaşayış massivi, S.Bəhlulzadə küçəsi 44.
Telefon: (012) 562-99-20, (012) 563-12-75

 

Rəhbərlik haqqında məlumat

Adı, soyadı və atasının adı:
Bagiri Anar Mirmöhsüm oğlu
Təvəllüdü və doğulduğu yer:
10.10.1983-cü il, Sumqayıt şəhəri
Təhsili:
Ali
Stajı:
13 il
Neçənci ildən müəssisənin rəhbəridir:
10.01.2019-cu il tarixli Əmrə əsasən
Ailə üzvlərinin sayı:
2 nəfər

Qəbul qrafiki

Vəzifəsi Soyadı, adı və atasının adı Əlaqə telefonları Qəbul günləri və saatları
Direktor Bağiri Anar Mirmöhsüm oğlu (012) 561-89-30 I gün saat 1000-1300
III gün saat 1400-1700
V gün saat 1000-1300

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin